AZƏRBAYCANIN VERGİ SİSTEMİNİN STRATEJİ İNKİŞAF PLANI HAZIRLANIR
AzerTAg.az
Avqustun 6-8-də Vergilər Nazirliyinin Tədris Mərkəzində ABŞ Xəzinədarlıq Departamenti mütəxəssislərinin iştirakı ilə seminar keçirilmişdir. “Azərbaycanın vergi sisteminin strateji inkişafı planı”nın layihəsinin tərtib olunması məqsədi ilə keçirilən seminarda Vergilər Nazirliyinin rəhbər işçiləri də iştirak etmişlər.
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda qeyd edilib ki, Azərbaycanın ümumi iqtisadi tərəqqisinə uyğun olaraq vergi sisteminin inkişafının üstün istiqamətləri müəyyənləşdirilməlidir. Davamlı inkişafa yalnız strateji və taktiki planlaşdırma vasitəsilə nail olmağın mümkünlüyünü nəzərə alan seminar iştirakçıları ölkəmizdə də “Vergi sisteminin strateji inkişafı planı”nın layihəsinin hazırlanmasının zəruriliyi fikrini irəli sürmüş və üç qrupa bölünərək həmin sənəd üzərində iş aparmışlar.
Xəbərin mətnində orfoqrafik səhv var