İDMAN


AZƏRBAYCANIN VOLEYBOL ÜZRƏ YIĞMA QADIN KOMANDASI “BAHAR KUBOKU” YARIŞLARININ DÖRDDƏ BİR FİNALINA ÇIXMIŞDIR

Çexiyanın Brno şəhərində keçirilən “Bahar kuboku” beynəlxalq turnirində Azərbaycanın voleybol üzrə yığma qadın komandası növbəti görüşdə Slovakiya idmançılarını üç hissədə məğlub etmişdir. Bu qələbə komandamıza yarımqrupda birinci yeri tutmağa imkan vermişdir. Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, voleybolçularımız dörddə bir finalda İspaniya yığması ilə görüşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.