İDMAN
AZƏRBAYCANIN YIĞMA FUTBOL KOMANDASININ SON OYUNLARI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI
Yığma komandanın Portuqaliya və Belçika ilə son iki görüşünə toxunan baş məşqçi, uğursuz çıxışları hazırda uşaq futbolunun inkişafındakı tənəzülldən tutmuş, müasir tələblərə cavab verən stadionların olmamasınadək bir sıra səbəblərlə izah etmişdir.
Xatırladaq ki, millimiz Avropa çempionatının qrup oyunlarında Portuqaliya və Belçika komandaları ilə səfərdə keçirdiyi qarşılaşmalarda 0:3 hesabı ilə məğlub olmuşdur.
Oyunçularda təcrübə və ustalıq səviyyəsinin aşağı olmasının uğur qazanmağa imkan vermədiyini deyən baş məşqçi, oyun zamanı xətlərarası əlaqələrin daha yüksək səviyyəyə çatdırmağın vacibliyini bildirmiş, bunun üçün müəyyən vaxt tələb olunduğunu, klublarda futbolçularla işin düzgün qurulmasının vacibliyini qeyd etmişdir.
Yığmada gələcək fəaliyyəti barədə məlumat verən Ş.Diniyev “mən məğlub getmək istəmirəm” deyərək, komandanı tərk etmək fikrində olmadığını vurğulamışdır.
Millinin növbəti planları barədə danışan baş məşqçi, gələn ilin martında Polşa ilə keçiriləcək qarşılaşmadan əvvəl - fevralın 7-də yoldaşlıq görüşünün olacağını nəzərə çarpdırmışdır.