İDMAN


AZƏRBAYCANIN YIĞMA FUTBOL KOMANDASI REYTİNQİNİ YAXŞILAŞDIRMIŞDIR

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) milli yığma komandaların cari ilin iyun ayı üçün reytinqini açıqlamışdır. Mayın 28-də Bakıda Özbəkistan futbolçuları ilə yoldaşlıq görüşündə qalib gələn (3:1) və ötən şənbə günü Riqada latviyalılarla heç-heçə (2:2) oynayan Azərbaycan yığması may ayı ilə müqayisədə dörd pillə qalxmışdır.

AZƏRTAC FİFA-nın rəsmi saytına istinadla bildirir ki, Karlos Alberto Torresin başçılıq etdiyi yığmamız 417 xalla 112-ci yeri tutur. Futbolçularımız Ermənistan komandasını 112-ci mövqedən çıxarmışlar.

Reytinq cədvəlinə isə, ənənəvi olaraq, braziliyalılar başçılıq edirlər – 842 xal. Fransa və İspaniya komandaları 2-ci və 3-cü pillələrdə öz mövqelərini saxlamışlar. Fransızlar 812, ispanlar isə 785 xal toplamışlar. 735 xal toplayan meksikalılar 6-cı yerdən 4-cü yerə keçmişlər. Argentina komandası 5-ci pillədə qala bilmişdir. Lakin iyunda Niderland və Türkiyə yığmaları da həmin pilləyə qalxmışdır. Hər üç komanda hərəyə 733 xal toplamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.