İQTİSADİYYAT
AZƏRBAYCANLA İRAN ARASINDA YENİ MÜŞTƏRƏK ENERJİ LAYİHƏLƏRİ GÖZLƏNİLİR
İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəminin Bakıya nəzərdə tutulan səfəri çərçivəsində dövlətlərarası digər müqavilələrlə yanaşı, energetika sahəsində də saziş imzalanacağı gözlənilir.
“Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, müqavilələr, əsasən, müştərək elektrik enerjisi layihələrinin gerçəkləşdirilməsini əhatə edəcəkdir. İranla enerji mübadiləsini artırmağın məqsədlərindən biri Naxçıvan Muxtar Respublikasının təchizatını yaxşılaşdırmaqdır. Hazırda Naxçıvan MR İrandan 80-90 meqavat elektrik enerjisi alır.
İranla Azərbaycan arasında elektrik enerjisi mübadiləsini 700 meqavata çatdırmaq üçün yaxın gələcəkdə bir sıra tədbirlər görmək nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [16:07]
® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
- 18.04.2024 [14:54]
® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək
- 18.04.2024 [12:14]
Energetika naziri ABŞ-a səfər edib
- 18.04.2024 [11:39]
® Sən də “Dəstək” ol!
- 18.04.2024 [11:25]