Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCANLA TÜRKİYƏ HƏRBİ SAHƏDƏ DƏ UĞURLU ƏMƏKDAŞLIQ EDİR

AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV TÜRKİYƏ QURU QOŞUNLARI KOMANDANINI QƏBUL ETMİŞDİR

Oktyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev Türkiyə Respublikasının quru qoşunları komandanı, ordu generalı Aytac Yalmanı və onu müşayiət edən şəxsləri qəbul etmişdir.

Qonaqları səmimiyyətlə qarşılayan Baş nazir İLHAM ƏLİYEV dedi:

- Hörmətli Türkiyə Cümhuriyyətinin quru qoşunları komandanı!

Hörmətli qonaqlar, sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Fürsətdən istifadə edərək, sizi Türkiyə Cümhuriyyəti qurulmasının qarşıdan gələn 80-ci ildönümü münasibətilə təbrik edirəm və qardaş türk xalqına yeni uğurlar, xoşbəxtlik arzulayıram.

Türkyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri davam edir, güclənir və yeni pilləyə qalxır. Çox şadıq ki, ölkələrimiz arasında bütün istiqamətlərdə qarşılıqlı anlaşma, dostluq, qardaşlıq əlaqələri mövcuddur.

Bildiyiniz kimi, Azərbaycan öz xarici siyasətini uğurla həyata keçirir. Möhtərəm Prezidentimiz Heydər Əliyev tərəfindən başlanılmış bu siyasət davam etdirilir. Əlbəttə, bu siyasətdə Türkiyə ilə münasibətlərin xüsusi yeri vardır. Biz bir millət, iki dövlətik və çalışmalıyıq ki, ölkələrimiz, xalqlarımız arasında mövcud olan qardaşlıq, dostluq münasibətləri bundan sonra da inkişaf etsin. Mən Baş nazir vəzifəsinə təyin olunduqdan sonra ilk səfərimi Türkiyəyə etdim və bu da təbiidir. Hesab edirəm ki, bu ənənə gələcəkdə də davam etdirilməlidir.

Bizim münasibətlərimiz çox qane edicidir. Qarşımızda duran bütün məsələlər öz həllini tapır və mən çox şadam ki, hərbi əməkdaşlıq da sürətlə inkişaf edir. Azərbaycanda güclü ordu yaradılmışdır, ordu quruculuğuna böyük önəm verilir və qısa müddət ərzində ordumuz çox böyük nailiyyətlər əldə etmişdir.

Azərbaycanda qarşıya qoyulmuş bütün vəzifələri həll etməyə qadir olan ordu vardır ki, bu da bizim ən böyük uğurlarımızdan biridir. Çox şadam ki, bu istiqamətdə hərbçilərimiz arasında işbirliyi vardır. Biz bunu çox yüksək qiymətləndiririk və əmin olduğumu bildirmək istəyirəm ki, hərbi sahədə əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.

Səmimi qəbula görə minnətdarlıq edən ordu generalı AYTAC YALMAN dedi:

- Hörmətli Baş nazir, ilk öncə, bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istərdim.

Yaxın günlərdə demokratik şəraitdə keçirilmiş seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, bu qələbənin həm şəxsən Sizin üçün, xalqınız üçün, həm də türk dünyası üçün uğurlu olmasını arzulayıram. Eyni zamanda, hörmətli atanızla görüşümü də xatırlatmaya bilmərəm. 2001-ci ilin mayında jandarm baş komandanı olaraq Azərbaycana səfər etdiyim zaman möhtərəm atanız, böyük dövlət xadimi Heydər Əliyevlə görüşmək imkanım oldu. Son dərəcə əhəmiyyətli və səmərəli bir görüş idi. Onun hər zaman ifadə etdiyi çox məşhur bir kəlamı Siz də söylədiniz və mən də ifadə etmək istərdim. Biz bir millət, iki dövlətin bütün gözəlliklərini birlikdə yaşayırıq və uzun müddət də yaşayacağıq.

Sizin də dediyiniz kimi, əməkdaşlığımız səmimidir, daimidir və uzun ömürlüdür. Ancaq bu işbirliyinin hərbi sahədən əlavə digər sahələrdə də güclü inkişafını arzu edirəm. Biz, əslində, 1994-cü ildə prezidentlər arasında keçirilmiş görüşdən sonra çox geniş bir hərbi əməkdaşlığa başladıq. Mən bu əməkdaşlığın bütün mərhələlərini yaxından izləmişəm. Bu dəfə etdiyim səfər zamanı silahlı qüvvələrə çox geniş şəkildə əhəmiyyət qazandıran və onları gücləndirən məktəbləri ziyarət etmək imkanım oldu. Bu ziyarətimdən duyduğum məmnunluğu xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan Silahlı Qüvvələri çox böyük bir məsafə qət etmişdir. Amma bununla kifayətlənməyəcəyik. Dünən dəyərli məsləkdaşım müdafiə naziri ilə keçirdiyim görüş zamanı daha geniş əməkdaşlığa ehtiyac olduğunu vurğuladıq. Bununla əlaqədar nəzərdə tutduğumuz planların həyata keçirilməsinə başlamışıq.

Azərbaycan və Türkiyə olaraq, həqiqətən, bu gün gəldiyimiz nöqtədən daha irəliyə getməyimizin zəruriliyini xüsusi vurğulamaq istəyirəm. Çünki çox yaxşı bildiyiniz kimi, 1990-cı ildən sonra, “soyuq müharibə”nin başa çatması ilə əlaqədar meydana çıxan təkqütblü dünya anlayışı müxtəlif problemlərin də meydana gəlməsinə səbəb olmuşdur.

Millətçilik, insan qaçaqmalçılığı və sairə.

Yaranmış bu böhran bölgələri Türkiyənin bilavasitə yaxınlığında - Balkanlarda, Orta Şərqdə və Qafqazdadır. Balkanlardakı böhranın necə yaşandığını hamımız çox yaxından gördük. Orta Şərqdəki böhran davam etməkdədir. Beləliklə, Balkanların və Qafqazın bu səbəbdən əhəmiyyəti daha da artmaqdadır. Mən Sizin diqqətinizi bu mövzuya yönəltmək, bu çərçivədə əməkdaşlığımızı daha məqsədyönlü şəkildə davam etdirmək məcburiyyətində olduğumuzu bir daha vurğulamaq istəyirəm.

Azərbaycanın Qarabağ məsələsi bizim də məsələmizdir. Bunu xüsusilə vurğulamaq istəyirəm. Türkiyə buna öz problemi kimi baxır. Qarabağ məsələsi ilə əlaqədar qayğımızı bir daha ifadə etməyə ehtiyac duyuram.

Əməkdaşlığımızın gələcəkdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu bildirərək, Sizə şəxsən öz adımdan və nümayəndə heyəti adından böyük hörmətimi ifadə etmək istəyirəm.

Səmimi təbrikə və xoş sözlərə görə təşəkkürünü bildirən Baş nazir İLHAM ƏLİYEV dedi:

-Mən çox məmnunam ki, Siz bizim ordu haqqında belə yüksək fikirdəsiniz. Bu, bizim üçün çox önəmlidir və fürsətdən istifadə edərək, Türkiyə Silahlı Qüvvələrinə minnətdarlığımı bildirirəm. Sizin böyük yardımınız olmuşdur və bu yardım davam edir. Biz bunu çox yüksək qiymətləndiririk.

Əlbəttə, bu sahədə əməkdaşlıq davam etdirilməlidir. Bu, təbiidir, cünki artıq bu işbirliyi öz gözəl nəticələrini verir. Azərbaycan ordusunun bugünkü səviyyəsi məhz bu əməkdaşlığın nəticəsi olaraq özünü göstərir.

Qeyd etdiyiniz kimi, bölgədə vəziyyət qeyri-sabitdir, bu bölgənin bəzi yerlərində böhran yaşanır. Əlbəttə, Azərbaycan çox istəyir ki, bölgədə sülh təmin olunsun. Biz bu istiqamətdə öz tərəfimizdən iş aparırıq və ümidvarıq ki, bölgədə sülh bərqərar olunacaqdır. Buna nail olmaq üçün ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Biz sülh tərəfdarıyıq və istəyirik ki, münaqişənin həllinə sülh yolu ilə nail olaq. Ancaq əfsuslar olsun ki, istər ikitərəfli danışıqlar, istərsə də ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ona görə də yeni yolların axtarılması istiqamətində iş aparılmalıdır. Azərbaycan xalqı torpaqlarının işğal altında qalması ilə heç cür barışa bilməz.

Biz nəyin bahasına olsa da, torpaqlarımızı işğaldan azad etməliyik. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, bu işğaldan əziyyət çəkən bir milyon qaçqın və məcburi köçkün öz doğma torpaqlarına qayıtmalıdır. Biz bunu danışıqlar yolu ilə həll etməyə çalışacağıq. Amma, eyni zamanda, mən əminəm ki, Azərbaycanın güclü ordusunun formalaşması istiqamətində proseslər davam edərsə, ordumuz daha da güclənərsə, bu, danışıqlar prosesinə də öz təsirini göstərə bilər.

Azərbaycan bölgədə ən dinamik inkişaf edən ölkədir. Bütün iqtisadi göstəricilər deməyə əsas verir ki, qonşularla müqayisədə ölkəmiz çox sürətlə inkişaf edir, iqtisadi potensialımız güclənir və beləliklə, Azərbaycan yaxın gələcəkdə kifayət qədər zəngin dövlətə çevriləcəkdir. Əlbəttə, bundan sonra imkanlarımız da genişlənəcək, o cümlədən, ordu quruculuğu sahəsində də böyük addımlar atılacaqdır. Biz bu məsələyə böyük diqqət verəcəyik və əminəm ki, yaxın gələcəkdə ordumuz daha da güclənəcək, qarşısında duran bütün vəzifələri həll etməyə qadir olacaqdır. Bu, indi də belədir və əminəm ki, gələcəkdə bu proses daha da genişlənəcəkdir.

Ümidvaram ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə daha da inkişaf edəcəkdir. Həm ikitərəfli münasibətlərdə, həm də bölgədə mövcud olan problemlərin həlli istiqamətində bizim birgə fəaliyyətimiz çox uğurludur. Biz dünyada baş verən hadisələrə, demək olar ki, vahid mövqedən yanaşırıq və münasibətimizi bildiririk. Biz bunu həmişə bəyan etmişik: Türkiyə harada, Azərbaycan da oradadır və mən əminəm ki, Azərbaycan haradadır, Türkiyə də orada olacaqdır. Biz həmişə bir yerdəyik.

Bir daha Sizi salamlayıram və əmin olduğumu bildirmək istəyirəm ki, keçirdiyiniz bütün görüşlər və apardığınız danışıqlar müsbət nəticələr verib və gələcək əməkdaşlığımız üçün daha möhkəm zəmin yaradacaqdır.

X X X

Qəbulda Azərbaycanın müdafiə naziri Səfər Əbiyev, Türkiyənin ölkəmizdəki səfiri Əhməd Ünal Çeviköz iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb