SİYASƏT


AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ STRASBURQDA QEYD OLUNMUŞDUR

Avropa Şurasının gənclər mərkəzində 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir keçirilmişdir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımı günü münasibətilə xalqa müraciəti oxunmuş, iştirakçılara vərəqələr paylanmışdır.

Strasburqdakı tələbə cəmiyyətinin sədri Rahib Vəliyev ötən əsrdən başlayaraq, ermənilərin azərbaycanlılara qarşı müxtəlif illərdə, dövrlərdə, xüsusilə də 1918-ci ildə törətdikləri vəhşiliklərdən danışmışdır. O, Fransada və başqa ölkələrdə təhsil alan soydaşlarımızı azərbaycanlıların soyqırımı barədə həqiqətləri bütün dünya xalqlarına çatdırmağa çağırmış, bu sahədə qeyri-hökumət təşkilatlarının hərtərəfli fəaliyyətinin vacibliyini qeyd etmişdir.

Tədbirdə diasporun nümayəndələri, Avropa Şurasında çalışan azərbaycanlılar, tələbələrimiz iştirak etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.