İQTİSADİYYAT
AZƏRBAYCANLILARIN SOYQIRIMI QURBANLARININ XATİRƏSİ TÜRKİYƏDƏ KƏDƏRLƏ ANILIR
Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Qars və İğdır şəhərlərində tədbirlər keçirilmişdir.
Baş konsul H.Zeynalov erməni millətçilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti barədə geniş məruzə ilə çıxış etmişdir.
Tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımı ilə bağlı xalqa müraciəti oxunmuşdur.
Qars valisi Mehmet Ərdən çıxışında bildirmişdir ki, ermənilərin törətdiyi soyqırımı qurbanlarının xatirəsi Türkiyədə kədərlə anılır. O, tarixin bütün mərhələlərində Türkiyənin qardaş Azərbaycanla həmrəy olduğunu, bu siyasətin bundan sonra da davam edəcəyini vurğulamışdır.
Keçirilən tədbirlər yerli mətbuatda geniş işıqlandırılmışdır.