İDMAN
AZƏRBAYCANLI BEYNƏLXALQ QROSSMEYSTER VÜQAR HƏŞİMOV FİDE-NİN BAKIDA KEÇİRİLƏN QRAN-PRİ TURNİRİNİN QALİBİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatının liderlərindən olan Vüqar Həşimov FİDE-nin ulu öndər Heydər Əliyevin 85-ci ildönümünə həsr olunmuş Qran-Pri turnirində qalib gəlmişdir.
Həmyerlimiz bu nüfuzlu turnirdə Çin təmsilçisi Vanq Yu və Norveç vunderkindi Maqnus Karlsenlə 1-3-cü yerləri bölmüşdür. On üçüncü turda İngiltərə qrossmeysteri Maykl Adamsla görüşünü 42-ci gedişdə heç-heçə başa vuran Vüqar Həşimov, bununla mühüm yarım xal əldə etmişdir. Bu mötəbər turnirdə yüksək nəticə göstərmiş V.Həşimov dünyanın bir çox tanınmış şahmatçılarını geridə qoymuşdur.
Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov Çin şahmat məktəbinin yetirməsi Vanq Yu ilə qarşılaşmada “sülh”ə imza atmış və nəticədə rusiyalı Aleksandr Qrişukla 4-5-ci yerləri bölmüşdür.
Teymur Rəcəbov isə A.Qrişukla mübarizədən yarım xalla ayrılmışdır. Azərbaycanlı beynəlxalq qrossmeyster öz imkanlarından zəif çıxış edərək, turniri 6 xalla başa vurmuşdur.
Digər görüşlər belə nəticələnmişdir: Bakro - Karlsen 0:1, Karyagin - Kamski 0.5:0.5, Svidler - İnarkiev 1:0, Navara - Çeparinov 1:0.