MƏDƏNİYYƏT


AZƏRBAYCANLI MUSİQİÇİLƏR BEYNƏLXALQ FESTİVALDA

Fevralın 6-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərində dünyanın tanınmış musiqi kollektivlərinin iştirakı ilə 19-cu Beynəlxalq Həcr festivalı başlanmışdır. Həmin festivalda respublikamızı professor Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq çalğı alətləri orkestri və xalq artisti, ustad tarzən Ramiz Quliyev təmsil edirlər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, festivalın açılış mərasimində təşkilat komitəsi azərbaycanlı musiqiçilərin ifaçılığını yüksək qiymətləndirmişdi. Komitənin qərarı ilə Dövlət Xalq çalğı alətləri orkestri və solist, xalq artisti Ramiz Quliyev festivalın yekun mərhələsində də çıxış edəcəkdir.

Musiqiçilərimiz İranın böyük şəhərlərində - İsfahanda, Şirazda, Təbrizdə də geniş konsert proqramları səsləndirəcəklər.

Festival fevralın 13-də başa çatacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.