MƏDƏNİYYƏT


AZƏRBAYCANLI RƏSSAMIN ƏSƏRİ BEYNƏLXALQ SƏRGİDƏ MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR

Bakı, 15 mart (AZƏRTAC). Rumıniyanın Bakau şəhərində XII beynəlxalq mini qrafika sərgisi keçirilmişdir.

Ölkəmizi bu beynəlxalq tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü Abdulla Əmiraslanov təmsil etmişdir.

Azərbaycanlı rəssamın “Aşıq Ələsgər” qrafik əsəri sərginin diplomuna və pul mükafatına layiq görülmüşdür.

A.Əmiraslanov Türkiyə, İtaliya, Meksika, Danimarka və Polşada keçirilən sərgilərin də iştirakçısı olmuşdur.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.