İQTİSADİYYAT
AZƏRBAYCANLI SAHİBKAR RUSİYA FEDERASİYASININ MÜKAFATLARINA LAYİQ GÖRÜLMÜŞDÜR
Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının Azərbaycan milli bürosunun rəhbəri Oleq Əliyev görüşü açaraq, Azərbaycanın “İlin ən yaxşı idarəetmə mütəxəssisi” kimi yüksək ada layiq görülmüş ilk vətəndaşı F.Qasımzadənin fəaliyyətindən danışmışdır.
Müsabiqə qaliblərinin təltifedilmə mərasimi Moskvadakı “Prezident-otel”də olmuşdur. Burada Oryol vilayətinin qubernatoru Yeqor Stroyev diplom və medalı “Xəzər Lada”nın başçısına şəxsən təqdim etmişdir.
Azərbaycan biznesmeninə “Rusiya Prezidenti” qızıl xatirə saatı və RF Prezidenti Vladimir Putinin təşəkkür məktubu da təqdim olunmuşdur.
F.Qasımzadə, öz növbəsində başçılıq etdiyi səhmdar cəmiyyətinin fəaliyyətindən danışaraq dedi ki, “Xəzər Lada” SC Rusiyanın avtomobil nəhəngi olan “AvtoVAZ”ın Azərbaycandakı baş distribütorudur. Başçılıq etdiyim müəssisənin uğurlarını ilk növbədə Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində respublikamızda yaranmış əlverişli iqtisadi şəraitlə əlaqələndirirəm”.