AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN İŞƏ QƏBULU PROQRAMININ TƏQDİMATI
AzerTAg.az
“bp Exploration Sea LTD” neft şirkəti Azərbaycanın Rusiyadakı səfirliyində Moskvada təhsil alan azərbaycanlı tələbələrin işə qəbulu proqramının təqdimatını keçirmişdir. Yeni proqramdan əsas məqsəd Azərbaycandakı yataqların işlənilməsi sahəsində bp neft şirkətinin Bakıdakı ofisində işləmək üçün müxtəlif ixtisaslar üzrə gənc Azərbaycan kadrlarının potensialından istifadə etməkdir.
MDU-nun, Moskva Dövlət Texniki Universitetinin və Plexanov adına Rusiya İqtisad Akademiyasının 5-ci kurs tələbələrinin iştirak etdikləri mərasimdə təhsili bitirdikdən sonra şirkətdə işə qəbulun şərtləri açıqlanmışdır.
Görüşdə məlumat verilmişdir ki, özünün kadr siyasətinə uyğun olaraq, bp “qazma texnologiyası”, “quyuların doldurulması texnologiyası”, “mühəndis-texnoloq”, “geoloq”, “geofizik” və digər ixtisaslar üzrə təhsil alan gənc azərbaycanlı tələbələrə maraq göstərir.
Təqdimat zamanı tələbələrə işə qəbulun şərtləri barədə ətraflı məlumat verilmiş, onlara slaydlar və doldurulmaq üçün köməkçi sənədlər nümayiş etdirilmişdir. Müsabiqə əsasında işə qəbul üzrə bütün prosedurları uğurla keçmiş tələbələr sentyabr ayından bp-nin Bakıdakı ofisində işləyə bilərlər.
Xəbərin mətnində orfoqrafik səhv var