ELM VƏ TƏHSİL
AZƏRBAYCAN ALİMİ AMERİKA HİDROLOGİYA İNSTİTUTUNUN FƏXRİ ÜZVÜ SEÇİLMİŞDİR
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nazirliyin Elmi Tədqiqat Hidrometeorologiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, professor Rza Mahmudov hidrologiya elminin inkişafında xidmətlərinə və dünya hidrometeorologiya elminə verdiyi töhfəyə görə Amerika Hidrologiya İnstitutunun Elmi Şurasının qərarı ilə “Dünyanın peşəkar hidroloqu” adına layiq görülmüş və bu elmi idarənin fəxri üzvü seçilmişdir.
Xatırladaq ki, Rza Mahmudov 90 elmi işin, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın və elmi-kütləvi əsərlərin müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]