İQTİSADİYYAT


AZƏRBAYCAN-ALMANİYA İŞÇİ QRUPUNUN İCLASI OLMUŞDUR

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mayın 14-də Bakı Biznes Mərkəzində Azərbaycan-Almaniya ticarət və investisiya işçi qrupunun IV iclası keçirilmişdir.

İclasda Azərbaycan tərəfini iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov, özəl müəssisələrin nümayəndələri, Almaniya tərəfini Federal İqtisadiyyat və Əmək Nazirliyinin ikitərəfli əlaqələr idarəsinin rəhbəri P.Lorens, metal emalı və polad istehsalı, maliyyə və bank bölməsi, elektrik avadanlıqları istehsalı və satışı, konsaltinq və s. sahələrdə çalışan iş adamları təmsil etmişlər.

Nümayəndə heyətləri ölkələrindəki mövcud iqtisadi vəziyyət, həyata keçirilən iqtisadi islahatlar barədə məlumat vermiş, qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək niyyətlərini bildirmişlər.

Almaniya Federal İqtisadiyyat və Əmək Nazirliyi nümayəndə heyətinin səfəri mayın 17-dək davam edəcəkdir. Onlar dövlət və hökumət rəsmiləri ilə görüşəcək, bir sıra müəssisələrlə tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.