AZƏRBAYCAN ALPİNİSTLƏRİ ŞAHDAĞA YÜRÜŞ ETMİŞLƏR
AzerTAg.az
09.02.2007 [11:53]
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşəbbüsü ilə alpinistlərin Şahdağa (4223 m) yürüşü təşkil olunmuşdur. Yürüşdə Dağçılıq İdman Klubunun 8 alpinisti iştirak etmişdir.
Alpinistlər Şahdağın yamaclarından axan və qışda iri buz parçalarına çevrilən 100 metrlik şəlalələrin üstündən keçmişlər.
Klubdan bildirmişlər ki, marşrutun çətinlik dərəcəsi onun xeyli yüksəkdə olması və kəskin hava şəraiti ilə səciyyələnirdi ki, bu da idmançılardan böyük ustalıq və təcrübə tələb edirdi. İndiyədək həmin marşrutla Şahdağ zirvəsinə qalxmaq heç kimə müəssər olmamışdı. Amma idmançılarımız yüksək əzm və bacarıq nümayiş etdirərək, respublikamızın ikinci ən yüksək zirvəsi olan Şahdağı fəth edə bilmişlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
28.06.2022 [00:11]
27.06.2022 [23:39]
27.06.2022 [23:11]
MULTİMEDİA
27.06.2022 [16:34]
25.06.2022
27.06.2022 [22:16]
27.06.2022 [21:44]
27.06.2022 [19:26]
27.06.2022 [19:36]
27.06.2022 [16:02]
27.06.2022 [14:20]
26.06.2022 [08:39]
25.06.2022 [18:21]
27.06.2022 [21:46]
27.06.2022 [14:06]
27.06.2022 [12:04]
27.06.2022 [19:36]
27.06.2022 [16:02]
26.06.2022 [16:54]
27.06.2022 [14:30]
27.06.2022 [13:01]
26.06.2022 [19:58]
27.06.2022 [21:28]
27.06.2022 [17:32]
Xəbərin mətnində orfoqrafik səhv var