İDMAN
AZƏRBAYCAN ALPİNİSTLƏRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİ İLƏ ƏLAQƏDAR AVROPANIN DAĞ ZİRVƏLƏRİNƏ YÜRÜŞ EDƏCƏKLƏR
Azərbaycan alpinistləri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar Avropanın bir neçə uca dağ zirvələrinə yürüş keçirməyi planlaşdırırlar.
Azərbaycan Alpinist Turist Klubundan AZƏRTAC-a bidirmişlər ki, alpinistlər əvvəlcə mayın 10-da Böyük Qafqaz sıra dağlarında ümummilli liderimizin adını daşıyan “Heydər zirvəsi”ni (3763 metr) fəth edərək, orada quraşdırılmış barelyefin önünə əklil qoyacaqlar.
Yubiley tədbirləri çərçivəsində Azərbaycan alpinistləri İranda Savalan, Türkiyədə Ağrıdağ, Yunanıstanda Olimp, Fransada Monblan, Slovakiyada Tatra, Rusiyada Elbrus, Gürcüstanda Kazbek zirvələrini fəth edərək orada ulu öndərin barelyefini quraşdıracaqlar.
Yürüş 14 ölkənin ərazisindən keçməklə 54 gündən sonra Azərbaycanda yekunlaşacaqdır. Yürüşdə Saridan Mürsəqulov, Etibar Məmmədov, Faiq Mürsəqulov, Emil Təhməzov və Gülağa Süleymanov iştirak edəcəklər.