SİYASƏT
AZƏRBAYCAN AVROPA ŞURASININ BÜTÜN QURUMLARI İLƏ SIX ƏMƏKDAŞLIQ EDİR
Milli Məclisin sədri bildirmişdir ki, Azərbaycan parlamenti bələdiyyələrlə bağlı 20-dən çox qanun qəbul etmişdir. Ötən ilin noyabrında Milli Məclisə keçirilmiş seçkilərdən sonra parlamentin 60 faizi yeniləşmişdir. İndiki parlament də yerli özünüidarə orqanlarının fəaliyyətinə diqqət yetirəcək yeni qanunlar qəbul edəcəkdir.
Covanni Di Stazi demişdir ki, təmsil etdiyi qurum Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanda bələdiyyələrin fəaliyyəti diqqətlə öyrənilir. Biz hökumətin və parlamentin yerli özünüidarə orqanlarının işinin səmərəli təşkili istiqamətində atdığı addımları bəyənirik. Avropa Şurası yerli özünüidarəçilikdə demokratiyanın inkişafına böyük əhəmiyyət verir. İdarəçilik səlahiyyətlərinin bir qisminin bələdiyyələrə verilməsi də bizim üçün önəmlidir. Bu təcrübəyə yiyələnmək və onu tətbiq etmək üçün uzun bir müddət lazımdır. Avropa Şurası bu işdə Azərbaycana istənilən köməyi göstərməyə hazırdır.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.