İQTİSADİYYAT
AZƏRBAYCAN BEYNƏLXALQ BANKI İLİN BİRİNCİ YARISINDA BALANS MƏNFƏƏTİNİ 75 FAİZ ARTIRMIŞDIR
Bankın məlumatında deyilir ki, ilin birinci yarısında ABB-nin gəliri ötən ilin 6 ayı ərzindəki 116,53 milyard manat müqabilində 130,59 milyard manat, o cümlədən Komisyon gəlirlərin və xidmətlərə görə mənfəətin artması hesabına 73,6 milyard manat, verilmiş kreditlər üzrə faizlər alınması hesabına 49,8 milyard manat və vəsaitin xarici banklara qoyulmasından 4,5 milyard manat olmuşdur.
2003-cü ilin yanvar-iyun aylarında ABB-nin aktivləri keçən ilin həmin dövründəki 2,23 trilyon manat müqabilində 2,42 trilyon manat təşkil etmişdir.
İlin birinci yarısının yekunlarına görə ABB-nin kredit məbləği 1,49 trilyon manat, fiziki şəxslərin depozitlərinin məbləği 0,47 trilyon manat olmuşdur.
İyulun 1-dək bankın ehtiyatları 0,29 trilyon manat təşkil etmişdir. ABB-nin nizamnamə kapitalı 50 milyard manatdır.