DÜNYA


AZƏRBAYCAN BMT-NİN 2007-Cİ İL BÜDCƏSİNƏ ÖZ ÜZVLÜK HAQQINI ÖDƏMİŞDİR

Birləşmiş Millətlər Təşkilatının 2007-ci il üçün müntəzəm büdcəsinə öz üzvlük haqlarını üzv dövlətlərdən yalnız 9-u - Azərbaycan, Boliviya, Bruney, Burkina-Faso, Finlandiya, Norveç, Cənubi Afrika Respublikası, Surinam və Zambiya yanvarın 16-dək tamamilə ödəmişlər. AZƏRTAC xəbər verir ki, bunu BMT-nin mətbuat katibi Təşkilatın Nyu-Yorkdakı iqamətgahında keçirilən brifinqdə bildirmişdir.

BMT-nin maliyyə qaydalarının tələbinə əsasən, cari il üçün üzvlük haqları yanvarın 31-dək ödənilməlidir. Hər bir dövlətin büdcəyə üzvlük haqqının məbləği Təşkilatın ümumi xərclərinin faizi ilə müəyyən edilir. Üzvlük haqlarının cədvəlini hər üç ildən bir BMT Baş Məclisi müəyyənləşdirir. Bu zaman üzv ölkələrin iqtisadiyyatının inkişaf səviyyəsi və əhalisinin sayı nəzərə alınır.

Keçən ilin dekabrında BMT Baş Məclisi Təşkilatın 2007-2009-cu illər üçün büdcəsinə dövlətlərin üzvlük haqlarının yeni cədvəlini təsdiq etmişdir. Ona uyğun olaraq, BMT-nin xərclərinin 22 faizini ABŞ, 16,6 faizini Yaponiya və 1,2 faizini Rusiya ödəyəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.