İDMAN
AZƏRBAYCAN BOKSÇUSU ƏLİ İSMAYILOV LİSENZİYA TURNİRİNİN DÖRDDƏ BİR FİNALINA ÇIXMIŞDIR
60 kiloqram çəkidə Murad Xraçov (Rusiya) Arsen Dokoya (Albaniya), Vladimir Kravets (Ukrayna) Avtandil Kaşiyaya (Gürcüstan), Filip Paliç (Xorvatiya) Sergey Xaana (Almaniya), Anatoli Naviçok (Belarus) Diyeqo Meytasa (İspaniya), Saber Bouzayne (Fransa) Şenavi Mamdoxa (İsrail) qalib gəldilər.
81 kiloqram çəkidə Əli İsmayılov (Azərbaycan) Anders Nilseni (Danimarka), Babacar Kamara (İsveç) Kelvin Evansı (Uels), Kennet Eqan (İrlandiya) Mario Duronu (İspaniya), David Tsiklauri (Gürcüstan) İmad Moslmeni (İsrail), Con Dovi (Fransa) Toni Devisi (Böyük Britaniya), Konstantin Bejenari (Rumıniya) Eduard Qutknexti (Almaniya), İştvan Juç (Macarıstan) Rudolf Krayı (Çexiya), Məhəmməd Arifhacıyev (Belarus) Tervel Pulevi (Bolqarıstan) məğlubiyyətə uğratdılar.
Axşam 69 kiloqram çəki dərəcəsində çıxış edən idmançılar arasında 8 görüş oldu.
Filip Lo Qreko (İtaliya), Pero Veoçik (Xorvatiya), Neil Perkink (İngiltərə), Sobia Mohamd Tan (İsrail), Bülənd Ulusoy (Türkiyə), Ceyms Mor (İrlandiya), Sebastyan Zbik (Almaniya), Malxaz Berkatsaşvili (Gürcüstan), Vitali Krusaç (Moldova), Sergey Melis (Estoniya), Nikolaus Qrisunins (Latviya), Vadim Mezq (Belarus), Naim Perbunca (İsveçrə), Mikoslav Novosad (Polşa), Dorel Simeon (Rumıniya), Timur Qacalov (Makedoniya) üzərində qələbə qazandılar.
Aprelin 29-da turnirdə 5 çəki dərəcəsində 24 görüş keçiriləcəkdir.