SİYASƏT


AZƏRBAYCAN DAHA BİR ANTİTERROR KONVENSİYASINA QOŞULUR

Noyabrın 22-də Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclası keçirilmişdir.

İclasın əvvəlində Milli Məclis sədrinin müavini, komissiyanın sədri Ziyafət Əsgərovun təklifi ilə deputatlar və dəvət olunmuş şəxslər Türkiyədə törədilmiş qanlı terror aktları qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra gündəlikdə duran “Terrorizmin qarşısının alınması haqqnda Avropa Konvensiyasının təsdiq edilməsi barədə” məsələ müzakirə olunmuşdur.

Komissiyanın sədri bildirmişdir ki, bu Konvensiya 1977-ci il yanvarın 27-də Strasburqda imzalanmışdır. Azərbaycan isə bu sənədə 2001-ci ilin sentyabrında imza atmışdır.

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov 16 maddədən ibarət olan Konvensiyanın əsas mahiyyəti barədə məlumat vermişdir. O demişdir ki, sənədə əsasən, terror törətmiş şəxslərin tələb edilən ölkəyə təhvil verilməsi, onların siyasi cinayət törətməsi barədə sorğu tələb olunmadan həyata keçirilir. Konvensiyanın 1-ci maddəsinin tələbinə görə terrorçunu tələb edən ölkəyə ekstradisiyası dərhal həyata keçirilir.

Müzakirələr zamanı deputatlar və dəvət olunmuş şəxslər demişlər ki, Azərbaycan bu Konvensiyaya qoşulmaqla terrora qarşı mübarizədə barışmaz olduğunu bir daha sübut etmiş olacaqdır.

Sonda layihənin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.