İDMAN
AZƏRBAYCAN DAMAÇISI FAMİL KAMİLLİ POLŞADA KEÇİRİLƏN DÜNYA ÇEMPİONATINDA ÜÇ QIZIL MEDAL QAZANMIŞDIR
Bakı, 31 avqust (AZƏRTAC). Polşanım Mlava şəhərində yeniyetmələr, kadetlər, mini-kadetlər və ümidverənlər arasında 64 xanalı dama üzrə fərdi və komanda dünya birinciliyi başa catmışdır. Ümidverənlərin qrupunda iştirak edən ikiqat Avropa çempionu Famil Kamilli 16 xal toplayaraq vaxtından əvvəl dünya çempionu olmuşdur. O, həmçinin sürətli dama və ani oyun üzrə yarışlarda iki qızıl medal qazanmışdır.
Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının digər üzvü Aslan Aslanlı 18 mümkün xaldan 12 xal toplayaraq 2-6-cı yerləri, kadet Ramil Salahov isə 18 mümkün xaldan 8-ni toplayaraq 4-6-cı yerləri bölüşmüşlər.
Mini-kadetlərin yarışında Zeynal Rəşidli 11 xalla 4-cü yeri tutmuşdur.
Anar İsmailov (ümidverən) isə 9 xal toplayaraq 2-6-cı yerləri bölüşmüşdür.