SİYASƏT
AZƏRBAYCAN DİASPORUNUN GÜCLƏNMƏSİNDƏ YAZARLARIN ROLU
Mərkəzdən AZƏRTAC-ın müxbirinə demişlər ki, dəyirmi masada Novosibirsk şəhərində fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyət Mərkəzinin vitse-prezidenti Mirkazım Seyidov, Mədəniyyət Nazirliyinin idarə rəisi Çingiz Əlioğlu, Milli Məclisin deputatı Səyyad Aran, Yazıçılar Birliyinin şöbə müdiri Ədalət Əskəroğlu, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Əbilov və başqaları çıxış edərək, qloballaşan dünyada müxtəlif xalqların və mədəniyyətlərin inteqrasiya proseslərinin daha da güclənməsindən, dövlətlərarası münasibətlərdə yaxınlaşmanın sürətlənməsindən danışmışlar.
Qeyd olunmuşdur ki, indiki mürəkkəb şəraitdə xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlər ideyası ətrafında birləşərək təşkilatlanmasına böyük ehtiyac duyulur.
Dəyirmi masada məhz bu məsələdə yaradıcı insanların və yeni yazarların imkanlarından səmərəli istifadə yolları araşdırılmışdır.
Sonra Azərbaycan Milli-Mədəni Muxtariyyət Mərkəzinin vitse-prezidenti Mirkazım Seyidova Yeni Yazarlar və Sənətçilər Qurumunun “İntellekt” Beynəlxalq mədəniyyət diplomu, bir qrup diaspor fəallarına isə fəxri fərmanlar təqdim olunmuşdur.