ELM VƏ TƏHSİL


“AZƏRBAYCAN DİLİNİN SEMANTİKASI” KİTABI ÇAP OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, “Xəzər” nəşriyyatında İsmayıl Məmmədovun “Azərbaycan dilinin semantikası” kitabı işıq üzü görmüşdür.

Bakı Dövlət Universiteti və Azərbaycanda Atatürk Mərkəzinin birgə nəşri olan kitabda Azərbaycan dilində leksik mənanın mahiyyəti, tipologiyası, müxtəlif fəaliyyət sahələri ilə linqvistik semantikanın bağlılığı, leksik-semantik sistemdəki hadisələrin idarə olunmasında və təzahüründə dil-nitq əlaqələri, dil işarəsinin virtuallığı və aktuallığı və s. məsələlərin təhlilinə həsr olunmuşdur.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.