ELM VƏ TƏHSİL


AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ İLƏ BOLQARISTANIN MİLLİ VƏ DÜNYA TƏSƏRRÜFATI UNİVERSİTETİ ARASINDA SAZİŞ İMZALANMIŞDIR

Bakı, 3 iyun (AZƏRTAC). Bolqarıstan Prezidentinin elm, təhsil və iqtisadiyyat üzrə məsləhətçisi, Bolqarıstan Rektorlar Şurasının sədri, bu ölkənin Milli və Dünya Təsərrüfatı Universitetinin rektoru Borislav Borisov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olmuşdur.

Görüşdə ADİU-nun rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev ölkəmizdə təhsilin inkişafına daim böyük önəm verildiyini bildirmişdir.

O, rəhbərlik etdiyi universitetdə yeni texnologiyaların tətbiqi ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışaraq qazanılan uğurları nəzərə çarpdırmış, eyni zamanda, ADİU ilə Bolqarıstan universitetləri arasında tələbə mübadiləsi aparılmasının əhəmiyyətini vurğulamışdır.

B.Borisov ölkələrimizin təhsil sahəsində əlaqələrinin inkişaf etdiriləcəyinə əmin olduğunu bildirmişdir.

Sonra Azərbaycan Dövlət İqtisad Universiteti ilə Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universiteti arasında əməkdaşlığa dair saziş imzalanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.