İQTİSADİYYAT
AZƏRBAYCAN DÖVLƏT NEFT FONDUNUN İLİN BİRİNCİ YARISINDA GƏLİRLƏRİ 1142,8, XƏRCLƏRİ İSƏ 687,5 MİLYARD MANAT OLMUŞDUR
Ötən altı ayda Dövlət Neft Fondunun neft şazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1008,3 milyard manat, o cümlədən mənfəət neftinin satışından 364,0 milyard manat, akrhesabı ödənişlərdən 58,0 milyard manat, neftin Bakı-Supsa ixrac boru kəməri vasitəsilə Azərbaycan ərazisi ilə ötürülməsindən tranzit haqqından 25,9 milyard manat, bonus ödənişlərindən 559,8 milyard manat, dövlət əmlakının icarəyə verilməsindən 0,6 milyard manat təşkil etmişdir. Bonus ödənişlərindən daxil olan gəlirlərin 320,7 milyard manatını Azərbaycan Respublikasının Milli Bankında saxlanılan, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi çərçivəsində AzBTC Co. törəmə şirkətində olan səhmlərinin ödənilməsi vasaiti, 239,1 milyard manatını Lukoyl (Rusiya) şirkətinin D-222 bloku üzrə müqavilə ərazisinin artırılmasına görə bonus ödənişi təşkil edir. 2003-cü ilin birinci yarısında Neft Fondunun vəsaitinin idarə olunmasından 134,5 milyard manat gəlir əldə edilmişdir.
Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri çərçivəsində 62,0 milyard manat Azərbaycan Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli, 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli və 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanlarının, habelə Neft Fondunun 2003-cü il büdcəsinin icrasını təmin etmək, Ermənistan Respublikasının etnik təmizləmə və təcavüz siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köckün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə 2003-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Qaçqınların və Məcubi Koçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında ödənilmiş, 483,6 milyard manat Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan BTC Co Şirkətinin iştirak payının maliyyələşdirilməsinə yönəldilmiş, 140,0 milyard manat isə sərmayə və sosial layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə transfer edilmişdir. Altı ayda Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 1,9 milyard manat olmuşdur.
Neft Fondunun 2003-cü il yanvarın 1-ə 3 trilyon 387 milyard manat (təqribən 692 milyon ABŞ dolları) təşkil etmiş vəsaiti, 2003-cü ilin iyul ayının 1-nə 3 trilyon 836 milyard manata (təqribən 780 milyon ABŞ dolları) bərabər olmuşdur.