İQTİSADİYYAT


AZƏRBAYCAN DRES-DƏ ƏSASLI TƏMİR BAŞA ÇATMIŞDIR

Ölkədə elektrik enerjisinin yarıdan çoxunun istehsal olunduğu Azərbaycan DRES-də 2 nömrəli blokun əsaslı təmiri başa çatmışdır.

“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təmir nəticəsində blokun məhsuldarlığı 30-40 MVt artmışdır. Müəssisədə təsdiq olunmuş cədvəl üzrə davam etdirilən təmir-bərpa işləri stansiyanın briqadaları və “Azərenerji” SC-nin struktur bölmələrinin mütəxəssisləri tərəfindən həyata keçirilir.

Hazırda əsas diqqət cari təmir işləri aparılan üçüncü enerji blokuna yönəldilmişdir.

Ümumilikdə, DRES-də qış mövsümünə hazırlıq üzrə nəzərdə tutulmuş təmir-profilaktika işlərinin, təxminən 80 faizi yerinə yetirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.