İQTİSADİYYAT
AZƏRBAYCAN DRES-DƏ TƏMİR İŞLƏRİNİN 60 FAİZİYERİNƏ YETİRİLMİŞDİR
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təmir-bərpa işlərini DRES-in briqadaları və SC-nin struktur bölmələrinin mütəxəssisləri aparırlar.
2-ci enerji blokunda əsaslı təmir işlərini avqustun axırlarında başa çatdırmaq nəzərdə tutulmuşdur. Təmirdən sonra blokun istehsal gücü əvvəlkindən 30-40 MVt artıq olacaqdır.
8-ci blokda əsaslı təmir işləri başa çatdırılmışdır. 3-cü və 5-ci bloklarda görüləcək təmir işlərindən sonra onların hər birinin istehsal gücü 15-20 MVt artacaqdır.
İndiyədək DRES-də təmir işlərinin 60 faizi yerinə yetirilmişdir. Bütün işləri oktyabrın ortalarınadək başa çatdırmaq nəzərdə tutulmuşdur.
Görülən tədbirlər nəticəsində stansiyanın istehsal gücü son 10 ildə rekord göstəriciyə - 2015 MVt-ya çatmışdır ki, bu da qış fəslini layiqincə qarşılamağa və respublika əhalisini elektrik enerjisi ilə fasiləsiz təmin etməyə imkan verəcəkdir.