İDMAN
AZƏRBAYCAN GİMNASTLARININ TOPLANIŞI UĞURLA KEÇMİŞDİR
Azərbaycan gimnastları Dinara Gimatova və Anna Qurbanovanın Serbiya və Çernoqoriyadakı təlim-məşq toplanışı çox səmərəli keçmişdir. Bunu AZƏRTAC-ın müxbirinə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər. Hər iki idmançı Budva şəhərində Rusiya yığması ilə birlikdə məşq etmişdir. Toplanışdan məqsəd Olimpiyaqabağı son sınağa - planetin ən güclü gimnastlarının iştirakı ilə iyulun 29-dan avqustun 2-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək Dünya kuboku mərhələsinə hazırlıq idi. Yarış iştirakçıları arasında Afina Olimpiadasına lisenziya qazanmış xeyli idmançı olacaqdır.
Federasiyadan həmçinin demişlər ki, Dinara Gimatova Olimpiadaya son hazırlığı avqustun 4-21-də Yunanıstanın Patra şəhərində təşkil olunacaq təlim-məşq toplanışında keçəcəkdir. Sonra isə o, Olimpiya şəhərciyində Azərbaycan yığmasının digər üzrlərinə qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]