İDMAN
AZƏRBAYCAN GİMNASTLARI “BOSFOR KUBOKU” UĞRUNDA MÜBARİZƏ APARACAQLAR
Azərbaycanın idman gimnastları XVIII beynəlxalq “Bosfor Kuboku” turnirinə dəvət almışlar. Yarışlar Olimpiya oyunlarından dərhal sonra, sentyabrın əvvəllərində İstanbulda keçiriləcəkdir.
Milli Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məşqçilər Türkiyəyə yola düşəcək komandanın heyətini seçir, idmançılarla bəzən gündə iki dəfə məşğələ aparırlar. Mütəxəssislərin fikrincə, Respublika Olimpiya İdman litseyinin bir çox istedadlı yetirmələrinin İstanbula getmək imkanı var.
“Bosfor kuboku” yarışları idmanın bu növündə ən mötəbər turnirlərdən sayılır. Budəfəki turnirdə 50 ölkənin təmsil olunacağı gözlənilir. Ötən il Azərbaycan gimnastı Nizami Abbasov turnirin finalına çıxaraq, halqalarda hərəkətlərdə 5-ci yeri tutmuşdu.