İDMAN
AZƏRBAYCAN GİMNASTLARI İTALİYANIN VİTSE-ÇEMPİONLARI OLMUŞLAR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Qurbanova və Gimatovanın təmsil etdikləri “Ardor” (Paduya) və “San-Corcio-79” (Desio) “A1” və “A2” seriyalarında ikinci yeri tutmuşlar.
Axırıncı turda Qurbanova topla çıxış edərək, 16,7 bal qazanmışdır. “Ardor” cəmi 77 bal tolayaraq, ümumi hesabda 86 xala malik olmuşdur. “A1” seriyasında Fano şəhərinin “Avrora” komandası 100 xalla çempion adını qazanmışdır.
Gimatova lentlə çıxış edərək, həm komandada, həm də rəqibləri arasında yenidən ən yüksək nəticə göstərmişdir – 15,375 bal. “San-Corcio-79”un ümumi yekunu 70,525 bal və 87 xaldır. “A2” seriyasında Gimatovanın komandasını cəmi 1 xal qabaqlayan Romanın “Flaminio” klubu çempion olmuşdur.
Gimatova və Qurbanova martın 17-19-da Qran-pri seriyasının Kiyevdə keçiriləcək ikinci turunda iştirak edəcəklər.