İDMAN
AZƏRBAYCAN GİMNASTLARI RUSİYA BİRİNCİLİYİNDƏ MÜSABİQƏDƏNKƏNAR İŞTİRAK ETMİŞLƏR
Azərbaycan gimnastları Dinara Gimatova və Anna Qurbanova Rusiyanın bədii gimnastika cempionatında müsabiqədənkənar proqramda çıxış etmişlər. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, onlar 33 gimnast arasında müvafiq olaraq, 9-cu (96.181 bal) və12-ci (95.031bal) yerləri tutmuşlar.
Bu yarış onlar üçün iyunun 4-6-da Kiyevdə keçiriləcək Avropa çempionatına hazırlıq üçün baş məşq xarakteri daşıyırdı. Dinara Gimatova 3 aydan sonra Afina Olimpiadasında göstərəcəyi təmrinləri nümayiş etdirmişdir.
Azərbaycan qitə çempionatında 3 gimnastla təmsil olunacaqdır. Bunlar ölkə cempionatının qızıl və gümüş mükafatçıları D. Gimatova, A.Qurbanova və Bakı çempionu Valeriya Yeqaydır. Kiyevə 31 ölkədən 92 idmançının gələcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]