İDMAN


AZƏRBAYCAN GÜLƏŞCİSİ PATİMAT BAQOMEDOVA SİNQAPUR OLİMPİADASINA LİSENZİYA QAZANMIŞDIR

Bakı, 24 may (AZƏRTAC). Polşanın Poznan şəhərində yeniyetmələrin Sinqapur Olimpiadasına güləş üzrə lisenziya xarakterli Avropa seçim turniri başa çatmışdır. Yarışın son günü yeniyetmə qızlar lisenziya uğrunda mübarizəyə qoşuldular. 52 kq çəki dərəcəsində çıxış edən yığma komandamızın üzvü Patimat Baqomedova keçirdiyi bütün görüşləri qələbə ilə başa vuraraq 1-ci yeri tutaraq, Olimpiadaya lisenziya qazanmışdır.

Beləliklə Azərbaycan Sinqapur Olimpiadasına qazanılması mümkün olan 5 lisenziyanın hamısını əldə etmişdir. Turnir davam edən günlərlə Polşada yığma komandalarımızla birgə olan Azərbaycan Güləş Federasiyasının (AGF) 1-ci vitse-prezidenti Namiq Əliyevin idmançılarımızın çıxışları ilə bağlı fikirlərini AGF-in mətbuat xidmətinə verdiyi müsahibədə acıqlamışdır: “Təbii ki, nəticədən çox razıyıq. Çünki maksimum nəticə - 5 lisenziya qazanılmışdır. Bizi təəssüfləndirən məqam lisenziyaların sayına FILA tərəfindən məhdudiyyət qoyulmasıdır. Belə olmasaydı, biz Sinqapurda daha çox sayda idmançı ilə təmsil oluna bilərdik. Amma bu FILA-nin qərarıdır və biz buna hörmətlə yanaşırıq. Yeniyetmələrin Olimpiadasına maksimum sayda lisenziya qazandıq, çalışacağıq ki, Olimpiadada medallarımızın sayı və əyarı da yüksək olsun. Avropa lisenziya turnirində Azərbaycan yeganə ölkə oldu ki, bütün mümkün lisenziyaları əldə etdi. FILA prezidenti Rafael Martinetti özü də mənimlə söhbətdə açıq şəkildə bildirdi ki, Azərbaycanın yeniyetmə güləşçilərinin səviyyəsi çox yüksəkdir və onlar Sinqapurda digər ölkə idmançıları üçün ən təhlükəli rəqib olacaqlar”.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.