İDMAN


AZƏRBAYCAN HƏNDBOL FEDERASİYASI İLİN ƏN YAXŞI İDMANÇI VƏ MƏŞQÇİLƏRİNİN ADINI AÇIQLAMIŞDIR

AZƏRTAC xəbər verir ki, ölkə kubokunun sahibləri “ABU” və “DİN” komandaları ilin yekunlarına əsasən ölkənin ən yaxşı komandaları seçilmişlər.

Türkiyənin “Trabzonspor bələdiyyəsi” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Oleq Georgiyevski kişilər, Marina Tankatskaya isə (ABU) isə qadınlar arasında 2007-ci ildə Azərbaycanın ən yaxşı həndbolçuları elan olunmuşlar. “Təhsil” komandasının çalışdırıcısı Konstantin Ruvinski və Hikmət Abdullayev (DİN) ilin ən yaxşı məşqçiləri hesab edilmişlər.

Bu il beynəlxalq turnirlərdə bir sıra yarışları idarə etmiş Vaqif Əliyev və Ələkbər Ağakişiyev isə ən yaxşı hakimlər seçilmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.