SİYASƏT


AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ ƏKS ETDİRƏN KİTABLAR AŞPA-nın DEPUTATLARINDA BÖYÜK MARAĞA SƏBƏB OLMUŞDUR

AZƏRTAC-ın müxbiri Strasburqdan xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Əsgər Abdullayevin “Ermənistanın Azərbaycana qarşı təcavüzü”, Milli Elmlər Akademiyasının müxbir üzvü Arif Abbasov və dosent Abbas Seyidovun “Gəmiqaya: toponimlər və qədim köç yolları” kitabları AŞPA-nin qış sessiyasında iştirak edən deputatlara paylanmışdır. Bu kitablar rus və ingilis dillərində kütləvi tirajla çap olunmuşdur. 

“Ermənistanın Azərbaycana qarşı təcavüzü” kitabında XIX əsrin əvvəlindən XX əsrin sonlarına qədərki dövrdə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə deportasiyası, bu ölkədə etnik təmizləmə siyasətinin dövlət siyasətinə çevrilməsi elmi mənbələr əsasında geniş şərh olunmuşdur.

Son zamanlar ermənilər tariximizi, mədəniyyətimizi, incəsənətimizi mənimsəməyə çalışır, Naxçıvan ərazisindəki daş abidələri Ermənistanın tarixi irsi kimi qələmə verirlər. Onlara cavab olaraq qələmə alınmış “Gəmiqaya: toponimlər və qədim köç yolları” kitabında son vaxtlar aparılan arxeoloji tədqiqatların nəticələri, elmi cəhətdən əsaslandırılan dəlillər geniş şəkildə öz əksini tapmış, maraqlı faktlar sadalanmışdır. Universitetin nəşriyyatı tərəfindən buraxılmış bu kitablar AŞPA-nın qış sessiyasında iştirak edən deputatların böyük marağına səbəb olmuşdur.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.