SİYASƏT
AZƏRBAYCAN HƏRBÇİLƏRİ NATO-NUN KURSLARINDA İŞTİRAK EDİRLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış hərbi proqrama uyğun olaraq, “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində martın 3-dən 7-dək Eksjö (İsveç Krallığı) şəhərində mina təhlükəsi üzrə tədris kursu və Oberammerqau (Almaniya Federativ Respublikası) şəhərində tərəfdaş ölkələr üçün yerüstü Hava Hücumlarından Müdafiə vasitələri üzrə kurs, martın 3-dən 14-dək Budapeşt (Macarıstan) şəhərində hava əməliyyatları üzrə ingilis dili kursu, martın 4-dən 6-dək Fərqanə (Özbəkistan) şəhərində təbii fəlakətlərə cavabvermə üzrə keçiriləcək təlimin Yekun Planlaşdırma Konfransı keçirilir.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.