İQTİSADİYYAT
AZƏRBAYCAN-HİNDİSTAN ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÜÇÜN ƏHƏMİYYƏTLİ RAZILAŞMA
Hindistan İxracçılar Təşkilatları Federasiyasının baş direktoru Q.Balaçandranın rəhbərliyi ilə bu ölkənin iş adamlarından ibarət nümayəndə heyətinin Bakıya səfəri başa çatmışdır.
İqtisadi İnkişaf Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd Azərbaycan iqtisadiyyatı ilə yaxından tanış olmaq və qarşılıqlı əlaqələrin genişləndirilməsi yollarını araşdırmaq idi.
Hindistanın kimya, əczaçılıq sənayesinin, avtomobil hissələri, baytarlıq preparatları, elektron cihazları, ayaqqabı istehsalı və digər sahələrinin 20-yə yaxın şirkətinin təmsilçiləri 70-dək Azərbaycan sahibkarı ilə görüşmüş və onların müəssisələrinin fəaliyyəti barədə məlumat almışlar. Onlar azərbaycanlı həmkarları ilə Azərbaycan-Hindistan iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əhəmiyyətli razılığa gəlmişlər.