DÜNYA
AZƏRBAYCAN İBN BƏTTUTƏSİ HƏCCƏ GETMƏK ÜÇÜN 4000 KİLOMETRLİK YOL QƏT ETMİŞDİR
Şahid Qurbanov jurnalistlərə demişdir ki, yol boyu ən çox yadında qalan hadisə İranda canavar sürüsünün onu üç saat təqib etməsi olmuşdur. Səyyahı yaxınlıqdan keçən yük maşınının təkərənin partlayış səsi xilas etmişdir. Zəvvar İran, Küveyt və Səudiyyə Ərəbistanında ona dəstək olmuş tanımadığı adamlara təşəkkürünü bildirmişdir.
Hazırda Şahid Səudiyyə Ərəbistanı hökumətinin ziyarət üçün vizasını gözləyir. Bundan sonra məşhur səyyahın şərəfinə İbn Bəttutə adlandırılmış Şahid Məkkəyə yola düşəcəkdir.
Xatırladaq ki, 1325-ci ildə səyahətə başlamış İbn Bəttutə Misir, Suriya, Fələstin, İraq, İran, Yəmən, Kiçik Asiya və Krımı gəzmiş, Rusiyanın cənubunda və Volqaboyunda olmuş, Orta Asiya və Əfqanıstandan keçərək Hindistana getmişdir. O, “Şəhərlərin qəribəliklərini və səyahətlərin möcüzəliyini müşahidə edənlərə hədiyyə” əsərində səyahətlərini təsvir etmiş, gəzdiyi ölkələr haqqında iqtisadi, etnoqrafik və mədəni-məişət xarakterli məlumatlar vermişdir.