SİYASƏT
AZƏRBAYCAN İDMANÇILARI DAĞIDICI MÜXALİFƏTİN VƏ ONU DƏSTƏKLƏYƏN MƏTBUAT ORQANLARININ MÖVQEYİNİ QƏTİYYƏTLƏ PİSLƏYİRLƏR
Respublikamızın idman ictimaiyyəti, ən mötəbər idman yarışlarında müstəqil Azərbaycanın şərəfini ləyaqətlə qoruyan, Vətənimizi şöhrətləndirən görkəmli idmançılarımız və onların məşqçiləri dağıdıcı müxalifətin və ona qulluq edən üzdəniraq mətbuat nümayəndələrinin dövlətimizin başçısı Heydər Əliyevin səhhəti ilə bağlı mənəviyyatdan uzaq, çirkin hərəkətlərinə qəti etirazlarını bildirirlər.
Bununla bağlı onların bir qrupunun imzaladığı və AZƏRTAC-a daxil olmuş etiraz məktubunu dərc edirik.
X X X
Son günlərdə bəzi müxalifət partiyaları və onları dəstəkləyən dırnaqarası mətbuat orqanları Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin səhhəti ilə bağlı heç bir etik normalara sığmayan yalan, ölkəmizdə sabitliyin pozulmasına rəvac verən üzdəniraq və məntiqsiz yazılarla çıxış edirlər.
Azərbaycanın idman ictimaiyyəti – idmançılar və məşqçilər belə şəxslərə üz tutub bəyan edirik ki, bu səpgidə yazılar bizi çox narahat edir. Azərbaycanın azad jurnalistikası müstəqil dövlətimizin bəhrəsidir. Bu gün senzurasız azad mətbuata məhz Heydər Əliyevin rəhbərliyi altında nail olduğunuzu yaddan çıxarmayın. Bundan sui-istifadə edib, dağıdıcı müxalifət siyasətçiləri ücün xal qazandırmaq ən çirkin, məkrli niyyətdən başqa bir şey deyildir.
Tariximizin 1993-cü ildən bu günə kimi bəzi məqamlarını da sizə xatırlatmağı zəruri hesab edirik. Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ictimai-siyasi sabitliyin əldə olunması, ölkəmizin dünya birliyində ləyaqətli yer tutması, beynəlxalq inteqrasiya proseslərinə fəal şəkildə qoşulması, hüquqi, demokratik dövlət quruculuğunun həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, bütün sahələrdə əsaslı dəyişikliklərin aparılması, respublikanın iqtisadi-sosial islahatlar yolu ilə inkişaf etdirilməsi, bazar iqtisadiyyatı münasibətlərinin bərqərar olması məhz Heydər Əliyev fenomeninin adı ilə bağlı deyilmi? Dövlətimizin başçısı cəmiyyətin humanistləşdirilməsi istiqamətində də əsaslı tədbirlər həyata keçirmiş, mədəniyyət, elm, səhiyyə, təhsil və idman məsələlərinə daim qayğı göstərmiş, mövcud problemlərin həlli üçün real addımlar atmışdır.
Biz- idman mütəxəssisləri və idmançılar möhtərəm Prezidentimizin davamlı diqqət və qayğısını həmişə hiss etmiş, onun Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı üçün gördüyü böyük işlərin şahidi olmuşuq. İdman sahəsində nailiyyətlərin ildən-ilə artması, yeni idman qurğularının tikilməsi və bərpası, idman veteranlarına təqaüdlər verilməsi, tanınmış idman xadimlərinin yeni mənzillərlə təmin edilməsi, şəhərimizdə beynəlxalq miqyaslı yarışların təşkili Azərbaycan Respublikasının Prezidenti dahi Heydər Əliyevin böyük xidmətlərinin nəticəsidir. Onun idmançılarla daim keçirdiyi görüşlər bizi yeni qələbələr əldə etməyə səsləyir, ölkəmizin idman şərəfini beynəlxalq miqyasda daha səylə qorumağa sövq edir.
Biz bütün müxalifət qurumlarına və onlarla əlbir olan kütləvi informasiya vasitələrinə bir daha bildiririk ki, Sizin Azərbaycanın adət və ənənələrinə, xalqımızın mentalitetinə xas olmayan hərəkətlərinizə, mənəvi simanızı açıqlayan bəd niyyətlərinizə baxmayaraq, möhtərəm Prezidentimiz ölkəmizin tərəqqisi üçün hələ çox işlər görəcək, onu sevənləri daim sevindirəcəkdir. Allah-təaladan ona cansağlığı, uzun ömür və səadət dolu günlər arzu edirik.
Namiq Abdullayev – sərbəst güləş üzrə Olimpiya çempionu, “Şöhrət” ordenli
Zemfira Meftahəddinova – stend atıcılığı üzrə Olimpiya çempionu, “Şöhrət” ordenli
Vüqar Ələkbərov – boks üzrə Olimpiya mükafatçısı, “Tərəqqi” medallı
Nizami Paşayev – ağır atletika üzrə dünya çempionu, “Tərəqqi” medallı
Nazim Hüseynov – cüdo üzrə Olimpiya çempionu, “Şöhrət” ordenli
Rəfiqə Şabanova - əl topu üzrə Olimpiya çempionu, “Şöhrət” ordenli
Lyudmila Şubina - əl topu üzrə Olimpiya çempionu, “Şöhrət” ordenli
Xəzər İsayev – sərbəst güləş üzrə dünya çempionu, “Şöhrət” ordenli
Elçin İsmayılov – cüdo üzrə Avropa çempionu, “Tərəqqi” medallı
Fərid Mansurov – yunan-roma güləşi üzrə dünya birinciliyinin mükafatçısı, “Tərəqqi” medallı
İradə Aşumova – güllə atıcılığı üzrə dünya və Avropa birinciliklərinin mükafatçısı, “Tərəqqi” medallı
Niyaməddin Paşayev – taekvondo üzrə dünya çempionu, “Tərəqqi” medallı
Ülvi Quliyev – karate-do üzrə dünya çempionu
Füzuli Musayev – karate-do üzrə dünya çempionu
Yaşar Bəşirov – karate-do üzrə dünya çempionu
Əhməd Hətəmov – karate-do üzrə dünya çempionu
Ələddin Əliyev – pauerliftinq üzrə dünya çempionu
Əkbər Fərəcov – pauerliftinq üzrə dünya çempionu
Turan Mirzəyev – ağır atletika üzrə Avropa çempionu
Zülfiyyə Hüseynova – sambo üzrə dünya çempionu, “Tərəqqi” medallı
Rəsul Səlimov – cüdo üzrə dünya çempionatının mükafatçısı
Elxan Rəcəbli – cüdo üzrə dünya çempionatının mükafatçısı
Mehman Əzizov – cüdo üzrə Avropa çempionatının mükafatçısı
Nigar Cabbarova – cüdo üzrə Avropa çempionu
Kifayət Qasımova – cüdo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı
Rövşən Hüseynov – boks üzrə dünya kubokunun qalibi, “Tərəqqi” medallı
Əli İsmayılov – boks üzrə dünya və Avropa çempionatının mükafatçısı
Fəqan Umudov – taekvondo üzrə dünya və Avropa çempionatının mükafatçısı
Rəşad Əhmədov – taekvondo üzrə Avropa çempionu
Alla Həsənova – voleybol üzrə beynəlxalq dərəcəli idman ustası
Teymur Rəcəbov – şahmat üzrə beynəlxalq qrossmeyster
Zeynəb Məmmədyarova – şahmat üzrə Avropa çempionu
Natiq Eyvazov – yunan-roma güləşi üzrə dünya və Avropa çempionatının mükafatçısı
Hafis Cəfərov – stend atıcılığı üzrə əməkdar məşqçi, “Şöhrət” ordenli
Yaqub Məmmədov – sərbəst güləş üzrə əməkdar məşqçi, “Şöhrət” ordenli
Vahid Məmmədov – sərbəst güləş üzrə əməkdar məşqçi, “Şöhrət” ordenli
Ağayar Axundzadə - cüdo üzrə əməkdar məşqçi, “Şöhrət” ordenli
Faiq Qarayev – voleybol üzrə əməkdar məşqçi, “Tərəqqi” medallı
Hacıağa Hacıəhmədov – cüdo üzrə əməkdar məşqçi, “Tərəqqi” medallı
Əli Dərvişov – cüdo üzrə əməkdar məşqçi, “Tərəqqi” medallı
Rauf Cabbarov – boks üzrə əməkdar məşqçi, “Tərəqqi” medallı
Nəriman Abdullayev – boks üzrə əməkdar məşqçi, “Tərəqqi” medallı
Tofiq Babanlı – boks üzrə əməkdar məşqçi, “Tərəqqi” medallı
Əhəd Əliyev – yunan-roma güləşi üzrə dünya və Avropa çempionatının mükafatçısı.