Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN İLƏ ABŞ ARASINDAKI MÜNASİBƏTLƏRDƏ YENİ MƏRHƏLƏ AÇILIR
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ABŞ-IN DÖVLƏT KATİBİNİN MÜAVİNİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yanvarın 29-da Prezident sarayında Amerika Birləşmiş Ştatlarının Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Elizabet Consu qəbul etmişdir.

Qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı HEYDƏR ƏLİYEV dedi:

-Mən sizinlə görüşümdən çox məmnunam. Səfir məndən soruşdu ki, Bakıda az müddətdə olacaq xanım Consla görüşməyə vaxt tapacaqsınızmı? Mən də dedim ki, gərək mən mütləq vaxt tapım. Vaxt da tapdım.

İndi çox məlumatlar sizdədir, bizdə o qədər məlumat yoxdur. Ona görə gərək siz birinci danışasınız.

ELİZABET CONS: Böyük məmnuniyyətlə. Cənab Prezident, çox sağ olun. Bu axşam vaxt tapıb məni qəbul etdiyinizə görə, Sizə minnətdaram.

Mən bir neçə saat Bakıda olacağam. Cənab Prezident, xüsusilə məmnunam ki, bu gün sizinlə görüşürəm. Çünki Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə yeni mərhələ açılır.

Məlum olduğu kimi, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında indiyə qədər mövcud olan bəzi maneələr artıq aradan götürülmüşdür. Ona görə də, ölkələrimiz arasında əməkdaşlığa dair yeni proqramlar, yeni layihələr yaranmaqdadır. Bütün bu hadisələri, xəbərləri biz Vaşinqtonda böyük həyacanla eşidirik və onları çox xoş qarşılayırıq.

Prezident Corc Buş, vitse-prezident Çeyni, dövlət katibi Kolin Pauele və nazir Ramsfeld – onların hamısı 11 sentyabrdan sonra ABŞ-a kömək əli uzatdığına görə Azərbaycana minnətdardılar və buna böyük rəğbət hissi ilə yanaşırlar.

Sizinlə görüşdən bir qədər əvvəl Vaşinqtondan, vitse-prezidentin ofisindən mənə zəng edirdilər. Vitse-prezident xahiş etdi ki, onun səmimi salamlarını Sizə yetirim. O, həm də xahiş etdi ki, Sizin Hyu-Yorkdan Vaşinqtona getmək niyyətiniz vardırsa, orada vaxt tapıb onunla görüşəsiniz.

Bilirəm ki, Sizin vaxtınız çox məhduddur, Hyu-Yorkda çox vacib görüşlər keçirəcəksiniz. Lakin bununla belə o məndən xahiş etdi ki, bunları Sizə yetirim.

HEYDƏR ƏLİYEV: Sağ olun, təşəkkür edirəm.

ELİZABET CONS: Siz təyyarələrin hava məkanınızdan uçub keçməsinə icazə verdiyinizə görə, biz - Amerika Birləşmiş Ştatları Əfqanıstanda olan işlərimizi uğurla davam etdirə bilirik. Bildiyiniz kimi, hazırda, Vaşinqtonda və eləcə də beynəlxalq aləmdə Əfqanıstanın dircəldilməsinə böyük maraq vardır. Bilirsiniz ki, bu, bütün dünya üçün vacib hadisədir.

Bildiyiniz kimi, Tokioda Əfqanıstana dair keçirilən müşavirə çox uğurla başa çatmışdır və bizim hamımız həmin konfrans haqqında eşitdiyimiz xəbərlərdən məmnunuq. Həmin görüşlərin davamı kimi, - bu Sizə də məlumdur, - Həmid Karzayi hazırda Vaşinqtonda görüşlər keçirir.

Məlum olduğu kimi, Əfqanıstanda keçirilən digər əməliyyatlar beynəlxalq təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlardır. Bildiyiniz kimi, hazırda orada Böyük Britaniya kontingenti işləyir. Amerika Birləşmiş Ştatlarının özü həmin əməliyyatlarda iştirak etməsə də biz britaniyalıların, almanların və türklərin orada olmasına yaxından yardım edirik. Biz çalışırıq ki, Həmid Karzayın orada təhlükəsiz fəaliyyət göstərməsini təmin edək.

Cənab Prezident, Əfqanıstanla bağlı danışıqlar, fikir mübadilələri yekun səviyyəyə çatdıqdan sonra biz, Sizinlə bu barədə böyük məmnuniyyətlə söhbət edərdik. Böyük məmnuniyyət hissi ilə Sizin də məsləhətinizi öyrənərdik ki, həmin ölkənin təhlükəsizliyini neçə təmin edək.

Əfqanıstanla və bu regionla bağlı bütün məsələlərdə biz, eyni zamanda, Moskva ilə də sıx əlaqə saxlayırıq. Amerika Birləşmiş Ştatlarının və Rusiyanın birgə işçi qrupu lap tezliklə görüşəcəkdir. Bu işçi qrupu Əfqanıstanla bağlı məsələ üzərində işləyir. Amerika Birləşmiş Ştatları tərəfindən həmin işçi qrupunun rəhbəri cənab Armitacdır. Siz onu çox yaxşı tanıyırsınız. O, Sizə öz hərarətli salamlarını yetirir. Rusiya tərəfindən isə həmsədr Trubnikovdur.

Cənab Prezident, məlum olduğu kimi, sizin özünüz də bir neçə gün əvvəl Moskvaya səfərdən qayıtmısınız. Bu həftənin beşinci günü mən artıq geriyə - Amerika Birləşmiş Ştatlarına dönəcəyəm. Dəqiq bilirəm, geriyə dönən kimi, cənab Armitac mənimlə görüşmək, Sizin fikirlərinizi öyrənmək istəyəcək ki, biz Rusiya ilə münasibətlərimizi, gələcək danışıqlarımızı və fikir mübadiləsini hansı səmtə yönəldək.

HEYDƏR ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Bir daha bəyan edirəm ki, biz 11 sentyabr hadisələrindən sonra tutduğumuz mövqeyi indiyə qədər də davam etdiririk. Biz beynəlxalq terrorizmə qarşı mübarizədə və antiterror əməliyyatlarının həyata keçirilməsində Amerika Birləşmiş Ştatları ilə və bu alyansa daxil olan ölkələrlə bir yerdəyik və bundan sonra da bir yerdə olacağıq.

Əfqanıstandakı bütün tədbirləri uğurla keçirməyiniz, təbiidir ki, bütün dünyada, o cümlədən bizdə də çox müsbət münasibət oyadıbdır. Mən bununla sizi təbrik edirəm. Hesab edirəm ki, bundan sonra işlər daha da asan olacaqdır. Biz indiyə qədər sizə yardım etmişik, bundan sonra da öz yardımımızı edəcəyik. Bundan biz imtina etmirik. Təyyarələriniz Azərbaycan üzərindən uçur və bundan sonra da uça bilər, lazım olan vaxtda yerə də enə bilir. Belə hallar da olur.

ELİZABET CONS: Cənab Prezident, çox sağ olun.

HEYDƏR ƏLİYEV: Mən bunların hamısına razılıq vermişəm.

Təbiidir ki, Əfqanıstanın gələcəyi və sizin işləriniz çox böyük bir zaman tələb edəcəkdir. Antiterror əməliyyatları və beynəlxalq terrorizmlə mübarizə barəsində mən bu günlərdə, Moskvada Prezident Putinlə də çox ətraflı danışıqlar apardım. Bunu siz bilirsiniz. Çünki Prezident Putin mənə dedi ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya bu sahədə çox sıx əməkdaşlıq edir. Eyni zamanda, o, bildirdi ki, Rusiya, onun Prezidenti Putin bu əməkdaşlıqdan çox razıdır. O deyir ki, bu əməkdaşlıq çox faydalıdır. Mən hiss etdim ki, Rusiya bundan sonra da bu əməkdaşlığı davam etdirəcəkdir. Cənab Putin də bilir ki, biz bu alyansda iştirak edirik, Sizin ölkənin təyarələri bizim ərazimizin üzərindən uçurlar. Bunların hamısı məlumdur. Beləliklə, mən hesab edirəm ki, Rusiya ilə sizin bu əməkdaşlığınız Əfqanıstanda, ümumiyyətlə bütün bu bölgədə aparacağınız işlər üçün çox yaxşı bir imkan yaradır.

Mən məmnunam ki, Prezident Buş, vitse-prezident Çeyni, dövlət katibi Kolin Pauell və nazir Ramsfeld və Azərbaycanın bu sahədə gördüyü xırda işləri qiymətləndirirlər.

Dostum cənab Armitaca məndən salam çatdırın. Ona deyin ki, mən Rusiya-Amerika Birləşmiş Ştatları müştərək komissiyasının işlərində ona uğurlar arzulayıram. Güman edirəm ki, uğurlar olacaqdır.

Sağ olun.

Qəbulda Prezidentin katibliyinin rəisi Dilarə Seyidzadə, Prezidentin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ABŞ-ın Bakıdakı səfiri Ross Uilson iştirak edirdilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb