AZƏRBAYCAN İLƏ HOLLANDİYA ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
AzerTAg.az
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Hollandiyanın NMCP (Netherlands Menecement Cooperation Proqramme) proqramının ölkə üzrə əlaqələndiriciləri Pieter van Gelder və Wia H.Post ilə görüş keçirilmişdir.
Yığıncaqda “Aqua Vita”, “Metalmədəniməişət”, “SemSan”, “Green Ville” və s. şirkətlərin nümayəndələri iştirak etmiş və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır. Şirkətləri maraqlandıran sahələr üzrə ekspertlərin dəvət edilməsi üçün razılıq əldə olunmuşdur. Görüşdə həmçinin gələcəkdə yeni xidmət növlərinin tətbiqi və digər məsələlər müzakirə olunmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var