Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNKİŞAFINA XÜSUSİ ƏHƏMİYYƏT VERİR

PREZİDENT İLHAM ƏLİYEV BMT-NİN CENEVRƏ BÖLMƏSİNİN BAŞ DİREKTORU İLƏ GÖRÜŞMÜŞDÜR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 12-də Millətlər sarayına gəldilər. Sarayın qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul düzülmüşdü.

Birləşmiş Millətlər Təşkilatının Cenevrə bölməsinin baş direktoru Sergey Orconikidze Prezident İlham Əliyevi sarayın önündə böyük hörmətlə qarşıladı.

Sonra Prezident İlham Əliyev ilə BMT-nin Cenevrə bölməsinin baş direktoru Sergey Orconikidze arasında görüş oldu. Sergey Orconikidze vurğuladı ki, bu, Azərbaycan Respublikası Prezidentinin BMT-nin Cenevrə bölməsinə ilk gəlişidir və BMT ilə Azərbaycan arasında əlaqələrin daha da intensivləşməsinə xidmət edəcəkdir.

BMT-nin Cenevrə bölməsinin baş direktoru bildirdi ki, bölmənin yerləşdiyi bina ötən əsrin 30-cu illərində Millətlər Cəmiyyətinə məxsus olmuşdur.

Dövlətimizin başçısı ona və nümayəndə heyətinin üzvlərinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Prezident İlham Əliyev Dünya Sammitində iştirak etdiyini, BMT-nin baş katibi Kofi Annanla, bir sıra dövlət və hökumət başçıları ilə faydalı görüşlər keçirdiyini xatırlatdı, Cenevrəyə səfərinin faydalı və yaddaqalan olduğunu söylədi.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibi Kofi Annanın ölkəmizdə aparılan islahatları dəstəklədiyini bildirdi və qeyd etdi ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında baş verəcək dəyişiklikləri müsbət qarşılayır. Dövlətimizin başçısı İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində inkişaf edən ölkələr üçün İnternet şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı fond yaradılması təklifini də dəstəklədiyini söylədi. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini önə çəkərək dekabrın 11-də Ermənistan Prezidenti Robert Koçaryan ilə görüşdüyünü bildirdi və ATƏT-in Minsk qrupunun fəaliyyətinin hələ də heç bir nəticə vermədiyini diqqətə çatdırdı.

Sergey Orconikidze təəssüflə qeyd etdi ki, İkinci Dünya müharibəsindən sonra münaqişələr daha da artmışdır. O, Dağlıq Qarabağ problemi və qaçqınların vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar BMT-nin baş katibi Kofi Annanla və BMT-nin qaçqınların işi üzrə ali komissarı Ruud Lubberslə söhbət edəcəyini bildirdi.

BMT-nin Cenevrə bölməsinin baş direktoru terrorizmə və narkotiklərin daşınmasına qarşı mübarizədə Azərbaycana hər cür yardım etməyə hazır olduqlarını da qeyd etdi.

Dövlətimizin başçısı beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal və birmənalı mövqe tutduğunu xüsusi vurğulayaraq dedi ki, BMT və digər nüfuzlu təşkilatlar Azərbaycanın yerləşdiyi regionda da terrorizmlə mübarizəni gücləndirməlidirlər. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir və bütün dünyada, o cümlədən regionumuzda sülhün və təhlükəsizliyin təmin olunması naminə bu əməkdaşlığı gələcəkdə də davam etdirəcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev təəssüflə qeyd etdi ki, ölkəmizin ərazisinin İranla 143 kilometrlik sərhədi Ermənistan tərəfindən zəbt olunmuş və bu ərazi nəzarətsiz zona hesab olunur.

BMT-nin Cenevrə bölməsinin baş direktoru Sergey Orconikidze Prezident İlham Əliyevin uğurlarını məmnunluqla izlədiyini bildirərək dedi ki, müasir dünyada gedən proseslərə dərindən bələd olan liderlərin keçmiş sovet respublikalarında hakimiyyətə gəlməsi böyük rəğbət hissi doğurur.

Görüşdə bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

Sonda Sergey Orconikidze Azərbaycan Prezidenti İlham Əliyevə dünya xalqlarının mədəniyyət incilərini əks etdirən foto-albom, BMT-nin Cenevrə bölməsi barədə məlumat kitabı və BMT-nin fəaliyyəti ilə bağlı markalar kolleksiyası hədiyyə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Cenevrə bölməsinin xatirə kitabına ürək sözlərini yazdı.

X X X

Görüşdən sonra Sergey Orconikidze və BMT-nin Cenevrə bölməsinin məsul əməkdaşları Prezident İlham Əliyevi Millətlər sarayının nəhəng inzibati binası, o cümlədən iclas salonları, görüşlər keçirilən otaqları ilə tanış etdilər.

Daha sonra BMT-nin Cenevrə bölməsinə Azərbaycan Respublikası adından hədiyyə edilən rəsm əsərinin təqdimat mərasimi oldu.

Sergey Orconikidze çıxış edərək, Azərbaycan Respublikası Prezidentinin BMT-nin Cenevrə bölməsinə ilk gəlişini əlamətdar hadisə kimi qiymətləndirdi. O, BMT-nin fəaliyyətinə Azərbaycanın verdiyi töhfəyə görə təşəkkürünü bildirdi və bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu söylədi. Baş direktor Azərbaycan Respublikasının Cenevrə bölməsinə hədiyyəsinə görə də minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev BMT-nin Cenevrə bölməsinə gəlməsindən məmnun olduğunu vurğuladı. Dövlətimizin başçısı xatırlatdı ki, Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti var, dövlət müstəqilliyi qazandıqdan sonra ölkəmiz siyasi və iqtisadi baxımdan sürətlə inkişaf edir, regionda çox mühüm rol oynayır. Ölkəmiz bundan sonra da təkcə regionumuzda deyil, bütün dünyada, o cümlədən Avropada öz layiqli yerini tutmağa və mühüm rol oynamağa çalışacaqdır.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropaya, ümumən dünyaya inteqrasiyasını gücləndirmək niyyətindədir. Bu baxımdan İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində respublikamızın layiqincə təmsil olunması çox əlamətdar bir hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm uğurlar əldə etmişdir və gələcəkdə daha böyük inkişafa nail olacaqdır.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Bakının mənzərəsi təsvir olunmuş tablonun üzərindəki ağ örtüyü götürdü.

Təqdimat mərasimindən sonra BMT-nin Cenevrə bölməsinin baş direktoru Sergey Orconikidzenin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar təşkil olundu.

Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva, respublikamızın xarici işlər naziri Vilayət Quliyev və digər rəsmi şəxslər naharda iştirak edirdilər.

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Cenevrəyə səfəri başa çatdı.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin gün gecə Vətənə qayıtdı.

Prezident İlham Əliyevi Binə beynəlxalq hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Ölkə ərazisində əsl yaz havası olacaq...

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK VİDEO

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb