İQTİSADİYYAT
AZƏRBAYCAN “İNTERSPUTNİK” BEYNƏLXALQ KOSMİKRABİTƏ TƏŞKİLATININ SAZİŞLƏRİNƏ QOŞULACAQ
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin beynəlxalq əlaqələr və hesablama mərkəzinin direktoru Cəlil Cəfərov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Azərbaycanın bu sənədlərə qoşulması milli maraqlarımıza tam cavab verir və respublikamız BMT, YUNESKO və Beynəlxalq telekommunikasiya təşkilatlarında rəsmi müşahidəçi statusuna malik daha bir nüfuzlu təşkilatın üzvü olur. “İntersputnik”in gələcək layihələrinə qoşulmaq, eləcə də əlverişli şərtlərlə rabitə peyklərindən istifadə etməklə ölkəmizin informasiya blokadası riskini azaldır, dünyanın böyük regionuna, o cümlədən Azərbaycan diasporunun ən çox yerləşdiyi ölkələrdə radio və televiziya verilişlərini yayımlama imkanlarımızı artırmış oluruq.
Azərbaycan Respublikası bu təşkilata illik 30 000 (otuz min) ABŞ dolları məbləğində üzvlük haqqı ödəyəcəkdir.