MƏDƏNİYYƏT
AZƏRBAYCAN KİNOSUNUN TƏŞƏKKÜLÜNDƏ PREZİDENT HEYDƏR ƏLİYEVİN ROLUNA HƏSR OLUNMUŞ MÜƏLLİF VERİLİŞİ
Verilişin müəllifi AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Heydər Əliyev hələ dövlət təhlükəsizliyi orqanlarında işlədiyi dövrdə də Azərbaycan kinosuna himayədarlıq edirdi. Məsələn, vaxtilə Mehdi Hüseynzadəyə bəraət verilməsində, yazıçılar Həsən Seyidbəyli və İmran Qasımovun “Uzaq sahillərdə” kitabının yazılmasında, 1958-ci ildə həmin əsər əsasında eyniadlı filmin çəkilməsində mühüm rol oynamışdır. 1966-cı ildə Heydər Əliyev xarici agentin Bakıda ifşa olunmasından bəhs edən “İstintaq davam edir” bədii filminin çəkilişində kinematoqrafçıların yaradıcılıq qrupuna böyük kömək göstərmişdir...
Filmlərdən kadrlarla müşayiət olunan veriliş yarım saatdan çox davam etmişdir. Televeriliş həmin kanalla avqustun 7-də səhər saatlarında təkrar göstəriləcəkdir.