MƏDƏNİYYƏT
“AZƏRBAYCAN KİNOSU” KATALOQUNUN 1 CİLDİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
kinoşünas Aydın Kazımzadənin hazırladığı “Azərbaycan kinosu” kataloqunun 1 cildinin “bədii və cizgi filmlərinin izahlı kataloqu-1898-2002-ci illər” təqdimat mərasimi keçirilmişdir.
Sənətşünaslıq doktoru, professor Ilham Rəhimlinin və kinorejissor Ayaz Salayevin elmi redaktorluğu ilə “Nağıl evi” nəşriyyatında Mədəniyyət Nazirliyinin sifarişi ilə işıq üzü görən kataloqun “Azərbaycan” kinoteatrında reallaşan təqdimat mərasimində çıxış edənlər böyük zəhmət bahasına başa gələn kataloqun məziyyətlərindən danışdı və müəllifin bu sahəyə dərindən bələd olduğunu xüsusi vurğuladılar.
Mərasimdə belə bir əminlik ifadə edildi ki, uzun illərin gərgin əməyi sayəsində ərsəyə gəlmiş bu kitab təkcə oxucuların geniş kütləsi, kinosevərlər üçün deyil, həm də müxtəlif peşə sahibləri, Azərbaycan kino sənətinin problemləri ilə məşğul olan elmi işçilər, kino mütəxəssisləri üçün böyük maraq doğuracaqdır.