İQTİSADİYYAT
AZƏRBAYCAN LAYİHƏLƏRİNƏ TƏXMİNƏN 63 MİN DOLLAR AYRILMIŞDIR
Maliyyələşdirilmiş 8 layihə arasında “Bakı-Tbilisi-Ceyhan və Bakı-Ərzurum boru kəmərlərinin monitorinqi”, “Azərbaycan və Gürcüstan arasındakı transsərhəd zonasında ceyranların artırılması perspektivləri”, “Kənd əhalisinin Bakı-Tbilisi-Ceyhan magistral boru kəməri boyunca mənzərəli dağ rayonlarında və Xəzərin sahilyanı zonalarında təbiətin qorunub saxlanması və ekoturizmin inkişafı sahəsində fəaliyyətə cəlb olunması”, “Uşaqlar üçün virtual ekologiya” və digər layihələr var.
Layihələrin hamısı qonşu ölkələrin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdir. İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən qrantlar proqramı İsveçrənin Qafqaz REM üçün Qrantlar Transsərhəd Proqramı adlanır. 2002-ci ilin yanvarından gerçəkləşdirilən və ümumi büdcəsi 250 min dollar olan proqramın 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur.