MƏDƏNİYYƏT
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN DOSTLARI FONDUNUN SƏDRİ, AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVAYA YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ FƏXRİ ADI VERİLMİŞDİR
“AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVAYA
Əziz xanım Əliyeva!
Cari ilin yanvarında YUNESKO-nun iqamətgahına səfərinizlə əlaqədar Sizinlə görüşmək mənə çox xoş idi. Sizin təşəbbüsünüzlə 1995-ci ildə yaradılan və rəhbərliyinizlə fəaliyyət göstərən, YUNESKO-nun məqsəd və məramları ilə bilavasitə bağlı olan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti ilə böyük maraqla tanış oldum. Azərbaycanda musiqi təhsilinin inkişafına köməyinizi və təşkilatınızın səlahiyyətinə daxil olan digər bir çox mühüm layihələri dəstəkləməyinizi xüsusi qeyd etmək istərdim.
Bu deyilənləri əsas tutaraq, habelə xüsusən xalq musiqisinin, ədəbiyyat və poeziyanın inkişafına və yayılmasına dair layihələrin dəstəklənməsi sahəsində əhəmiyyətli nəticələr əldə edilməsində xidmətlərinizin qiymətləndirilməsi əlaməti olaraq, mən Sizə məmnuniyyətlə YUNESKO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adı verirəm. Sizə bu fəxri adın təqdim edilməsi mərasimi 2004-cü il sentyabrın 9-da YUNESKO-nun iqamətgahında olacaqdır.
YUNESKO-nun Xoşməramlı səfirlər proqramının rəhbəri xanım Bəsma İrşeidə tapşırılmışdır ki, YUNESKO-nun xoşməramlı səfiri kimi fəaliyyətinizin istiqamətlərinin Təşkilatın fəaliyyəti ilə, xüsusən qeyri-maddi vokal irsinin inkişafına və yayılmasına kömək göstərilməsi sahəsində, əlaqələndirilməsini Sizinlə birlikdə müəyyənləşdirsin.
YUNESKO-nun rolunun təbliğində və ictimaiyyəti onun məqsəd və məramları ilə tanış etməkdə bizə yardımçı olan görkəmli şəxsiyyətlər sırasında Sizi tezliklə salamlamaq ümidi ilə
Səmimiyyətlə Sizin,
Koişiro Matsuura
YUNESKO-nun Baş direktoru
Paris, 13 avqust 2004-cü il”.