ELM VƏ TƏHSİL


AZƏRBAYCAN MƏKTƏBLİLƏRİ REGİONAL TURNİRİN QALİBİ OLMUŞLAR

Gürcüstan Respublikasının Borjomi – Xaraqaul milli parkında SOROS Fondunun və Qafqaz Regional Ekoloji Mərkəzinin dəstəyi, “Tarqamossi” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə gənc ekoloqların üçüncü regional turniri keçirilmişdir.

Təhsil Nazirliyinin Respublika ekoloji tərbiyə və təcrübəçilik mərkəzindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, turnirdə Cənubi Qafqaz respublikalarından beş komanda iştirak etmişdir. Azərbaycan məktəbliləri aparılan müzakirələrdə yüksək bilik, müstəqil elmi fikir yürütmək bacarığı nümayiş etdirmişlər.

Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü, Zoologiya İnstitutunun direktoru, professor İrakli Elivanın sədrlik etdiyi münsiflər heyəti Azərbaycan məktəblilərindən ibarət “Bakı” komandasına birinci, “Xəzər” komandasına isə ikinci yeri vermişdir.

Qaliblərə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.