AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI SƏHMDARLARININ SAYI ARTIR
AZƏRTAC xəbər verir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Azərbaycan Mikromaliyyələşdirmə Bankının (AMMB) nizamnamə kapitalını 11 milyon manatadək artırmaq və əlavə səhmlər buraxmaq üçün qeydiyyat əməliyyatı başa çatmışdır. Bu zaman səhmdarların sırasına daha bir şirkət -9,95 faizlə Access Microfinance Holding daxil olmuşdur.
Xatırladaq ki, ötən il bankın kredit portfeli 50 milyon ABŞ dollarınadək artmışdı. AMMB-nın filialları Bakı, Sumqayıt, Şəki, Gəncə, Lənkəran və Xaçmazda fəaliyyət göstərir. AMMB çox qısa müddətdə VİSA sertifikasiyasını keçmiş, bankomat və POS terminallar şəbəkəsini genişləndirmişdir.